Türkiyəyə qarşı olan altı dövlət birləşib ittifaq yaratdı

96

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Aralıq dənizindəki fəaliyyətindən narazı olan altı ölkənin yaratdığı Şərqi Aralıq dənizi qaz forumu Misirin paytaxtı Qahirə şəhərində imzalanan müqavilə ilə regional təşkilata çevrilib.

Misir, İsrail, Yunanıstan, Cənubi Kipr Yunan Respublikası, İtaliya və İordaniya yeni təşkilat qurublar. Bununla da Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətindən narahat olan ölkələr rəsmi bir təşkilatda birləşiblər.

Qondarma forumun iştirakçısı olmaq üçün Fransa da müraciət edib. ABŞ və Avropa İttifaqı isə müşahidəçi statusu tələb ediblər.

İsrailin Enerji naziri Yuval Steinitz, forumun “İsrail üçün ərəb və Avropa ölkələri ilə regional əməkdaşlıq demək olduğunu, tarixdə bir ilk olduğunu və İsrailin qazını İordaniya ilə Misirə ixrac eləmək üçün imzalanmış 30 milyard dollarlıq müqavilənin yalnız başlanğıc olduğunu” bildirib.