Türkiyəyə qarşı birləşdilər! Le Pen: “Makronun arxasındayam!”

78

Hurriyyet.org xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ilə ultrasağ müxalifi Marina Le Pen Türkiyə leyihinə birlik nümayiş etdiriblər.

Le Pen Türkiyə Prezidenti R.T.Ərdoğanın Fransa Prezidenti E.Makron barəsindəki sözləri ilə bağlı belə deyib: “Makronla aramızda razılaşmadığımız milyonlarla mövzu olmasına rəğmən, qətiyyətlə Fransanın Prezidenti olan Emmanuel Makronun arxasındayam. Ərdoğan provokotorluq edir”.

10 sentyabrda, Korsika adasında keçirilən “Avropa İttifaqı üzvü olan Cənubi Avropa Ölkələri Sammiti”ndə (Med7) çıxış edən Makron demişdi: “Türkiyə provokasiyalarını artırır və bu, böyük ölkəyə yaraşmır. Türk xalqı böyük xalqdır və başqasına layiqdir. Biz avropalılar türk xalqına yox, Ərdoğan hökumətinə qarşı açıq və sərt olmalıyıq. Ərdoğan hökumətinin qəbuledilməz davranışları var”.

Prezident Ərdoğan da Makronun sözlərinə cavabında deyib: “Adını çəkmək istəmirəm, amma barəsində danışmağa məcburam, çünki şəxsimdən çox bəhs edir. Nədir o? Deyir ki, bizim türk milləti ilə yox, Ərdoğanla problemimiz var. Cənab Makron, sənin mənimlə problemin hələ çox olacaqdır. Dəfələrlə bunu sənə söyləməyimə baxmayaraq, dinləmirsən. “Bax, sənin tarix barəsində məlumatın yoxdur”, – dedim. Sən Fransanın tarixini də bilmirsən. Əvvəla, türk milləti ilə, Türkiyə ilə işin olmasın. Afrikanın tarixi elə Fransanın tarixidir. Əlcəzairdə 1 milyon insanı öldürən sizsiniz. Ruandada 800 min insanı öldürən sizsiniz. Siz bizə insanlıq dərsi verə bilməzsiniz – əvvəlcə bunu öyrən”.