Türkiyənin zərbə PUA-ları dünyada populyarlıq qazanır

135

Serbiyanın prezidenti Aleksandr Vuçiç Türkiyənin pilotsuz uçuş aparatları (PUA) ilə maraqlandığını bildirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Bildirilib ki, A.Vuçiç paytaxt Belqraddakı Serbiya Sarayında jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin “Bayraqdar” PUA-sını tərifləyib. Dövlət başçısı onları gələcəkdə almaq niyyətinin olduğunu bildirib: “Türkiyə tərəfi ilə razılaşıb-razılaşmayacağımızı görəcəyik. Nə olursa-olsun, burada sözügedən PUA olduqca yaxşıdır. Türkiyə istehsalçıların haqqını vermək lazımdır”.

“Biz heç kimi təhdid etmirik, heç kəsə hücum etmirik. Ancaq bir sürprizlə qarşılaşmamaq üçün daim hazır olmalıyıq. Bu çərçivədə lazımi addımları atırıq”, – o vurğulayıb.

A.Vuçiç həmçinin PUA-ların bahalı, lakin ağıllı yatırım olduğuna da diqqət çəkib.

Qeyd edək ki, Türkiyənin pilotsuz uçuş aparatı ilə maraqlanan bir başqa ölkə də Ukraynadır. Belə ki, Şərqi Avropa ölkəsi 48 ədəd “Bayraqdar TB2” zərbə PUA-sı almaq niyyətindədir.