Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanda Türkiyə-Rusiya Ortaq Mərkəzi barəsində açıqlama verib

234

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq edilməsinə nəzarət eləmək məqsədi ilə qurulacaq Türkiyə-Rusiya ortaq mərkəzinin ən qısa müddət ərzində fəaliyyətə başlaması üçün lazımi işlərin görüldüyünü bildirib.

Nazirliyin “Tvitter” səhifəsində verilən açıqlamada Azərbaycan ilə Ermənistan arasında razılaşmanın həyata keçirilməsinə nəzarət eləmək məqsədi ilə 11 noyabr tarixində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında video telekörpü vasitəsi ilə razılaşma imzalandığı xatırladılıb.

Açıqlamada Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifələri ilə bağlı texniki detallarla bağlı danışıqların tamamlandığı, razılaşmanın imzalandığı, mərkəzin ən yaxın zamanda fəaliyyətə başlaması üçün lazımi işlərin aparıldığı bildirilir.