Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi Liviyaya səfər ediblər

75

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah Rəisi Yaşar Gülər Liviyaya səfər ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, səfər Türkiyə ilə Liviya arasında Təhlükəsizlik, Hərbi Əməkdaşlıq Anlaşma Memorandumu çərçivəsində görülən işləri nəzərdən keçirmək məqsədi daşıyır.

Türkiyəli hərbi heyətini Tripoli şəhərində Mitiga Hava Limanında Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan rəsmi Liviya hökumətinin naziri Səlahəddin en Nemruş, Baş Qərargah rəisi general-leytenant Muhamməd Şərif qarşılayıb. Hərbi qarşılanma mərasimindən sonra Hulusi Akar və Yaşar Gülər, müqavilə çərçivəsində qurulan Müdafiə Təhlükəsizlik Əməkdaşlıq və Təlim Yardım Müşavir Komandanlığına gediblər.