Türkiyənin müdafiə naziri ilə baş qərargah rəisi Liviyada

30

Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və baş qərargah rəisi Yaşar Güler Təhlükəsizlik və hərbi əməkdaşlıq sahələrində razılaşma memorandumu çərçivəsində görülən işləri yerində araşdırmaq üçün Liviyanın paytaxtı Tripoli şəhərinə yola düşüblər.

Hulusi Akarla Yaşar Güleri qarşılamaq üçün Liviyanın paytaxtındakı Mitiqa hava limanında hərbi mərasim keçirilib.

Hurriyyet.org