Türkiyənin Milli Müdafiə Nazirliyi: “Ermənistan odla oynamağı dayandırmalıdır”

51

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Tovuz bölgəsindəki atəşkəsi pozaraq bir Azərbaycan əsgərini şəhid edən Ermənistana sərt şəkildə etiraz edilib. Nazirlikdən verilən açıqlamada deyilir: “Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində dərc edilən açıqlamasında deyilir: “Dağlıq Qarabağı hüquqsuz şəkildə işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəsi pozaraq, bir qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.