“Türkiyənin iştirak etmədiyi heç bir danışıq xalqımız üçün keçərli deyil”

111

Sərdar Cəlaloğlu: “Bu, əksinə, münaqişənin uzanmasına və dərinləşməsinə, bölgədə ümumdünya sülhünə çox böyük təhlükələr yarada bilər”

“Türkiyənin iştirakı olmadan qəbul edilən qərarlar legitim ola bilməz”

“Problemin həllində yeganə istinad edə biləcəyimiz güc Türkiyədir”

“Azərbaycan xalqının və Azərbaycan siyasi qüvvələrinin Dağlıq Qarabağ problemiylə bağlı mövqeyi bundan ibarətdir ki, Türkiyənin iştirakı olmadan keçiriən danışıqlar Azərbaycan dövlətinin maraqlarına uyğun ola bilməz”. Bunu “Hürriyyət”ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

ADP sədri hesab edir ki, Türkiyənin iştirakı olmadan keçirilən danışıqların nəticəsi qəbul edilə bilməz: “Biz Türkiyənin danışığı olmayan bir danışığın nəticələrini qəbul edə bilmərik. Türkiyənin iştirakı olmadan qəbul edilən qərarlar legitim ola bilməz. Bu, əksinə, münaqişənin uzanmasına və dərinləşməsinə, bölgədə ümumdünya sülhünə çox böyük təhlükələr yarada bilər”.

S.Cəlaloğlu deyir ki, problemin həllində yeganə istinad edə biləcəyimiz güc Türkiyədir: “Xalqımızın istəyi budur ki, Türkiyə axıra qədər yanımızda olsun. Problemin həllində yeganə istinad edə biləcəyimiz güc Türkiyədir. Bu gün Ermənistan Rusiyayla birləşib, Azərbaycan xalqına məxsus əraziləri işğal etmək istəyir. Bunun qarşısını yalnız bir güclə ala bilərik. O da Türkiyə, Azərbaycan, sonrakı dövrlərdə Pakistan və digər dövlətlərini bağlaya biləcəyi ittifaq ola bilər. Necə ki, Ermənistan Rusiyayla Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, təcili olaraq, Azərbaycan, Türkiyə və Pakistan arasında təhlükəsizlik müqaviləsinə uyğun bir müqavilə imzalanmalıdır.

Azərbaycan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün siyasətini, o cümlədən Azərbaycanla bağlı siyasətini dəstəkləyir. Rəcəb Tayyib Ərdoğan yalnız Türkiyənin ideri deyil, həm də türk dünyasının lideridir. Ona görə də Rəcəb Tayib Ərdoğan bu məsələdə çox ciddi şəkildə mövqe ifadə etməlidir. Azərbaycan xalqıyla bir yerdə olmaqla yanaşı, çox ciddi qərarlar qəbul etməlidir”.

YƏHYA