Türkiyənin Daxili İşlər naziri: “Sələfilərin arxasında bir təşkilat durur”

72

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu iştirak elədiyi televiziya proqramında “Sələfi dərnəklərin silahlanması” iddiası barəsində danışıb. Soylu sələfi dərnəklərin arxasında bir təşkilatın durduğunu bildirib. Soylu 1-1,5 il ərzində sələfi təşkilatların izlənildiyini və  47 təşkilatın olduğunu bildirib.

Ötən günlərdə televiziya verilişlərinin birində çıxış etmiş Cübbəli Əhməd Xoca sələfi dərnəklərin silahlandığını söylədikdən sonra prokurorluqda ifadə verib.

Süleyman Soylu “TGRT Xəbər Gündəm Özəl” verilişindəki çıxışında bu iddia barəsində suala cavab verərkən sələfi təşkilatların artıq 1-1,5 il ərzində müşahidə edildiyini söyləyib. “Sələfilərin 47 təşkilatı var. 2016-cı ildən 2020-ci ilə qədər sələfi təşkilatlardan olan 5000 nəfərə qədər şəxs həbs edilib. İŞİD-in rəhbər əmirlərindən biri də tutulub, bu barədə sonra açıqlama verəcəyik. Əlimizdə fakt olduqdan sonra əməliyyat aparırıq. 28 dərnək və fondda əməliyyat aparmışıq. Cübbəli Əhməd Xoca bir-iki günə bildiklərini söyləyəcək. Sələfilərin arxasında bir təşkilat durur”.