“Türkiyənin danışıqlara cəlb olunmasını nə Ermənistan, nə də havadarları istəmir” – POLİTOLOQ

66

Azərbaycan Ermənistanın hansısa yaşayış məntəqəsinə zərbələr endirsəydi və dinc əhali həlak olsaydı, bu daha böyük əks-səda verərdi. Hətta, hər yerdən reaksiya da verilərdi. Lakin, Azərbaycanın haqq səsini bu gün heç kim eşitmir və yaxud da eşitmək istəmir”

Bunu Hurriyyet.org-a politoloq Ramiyə Məmmədova bildirib. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspora fəaliyyətinin çox zəif olduğunu deyib:

“Bilirsiniz ki, bu günlərdə Qarabağ müharibəsində gedən proseslər Ermənistanın və onun  havadarlarının gözləmədiyi bir hadisə oldu. Yəni, Azərbaycanın bu qədər irəliləyəcəyi və əraziləri işğaldan azad edəcəyi, ən əsası da Hadrut qəsəbəsini alacağımızı gözləmirdilər. Bunu Rusiya da gözləmirdi. Hazırda Azərbaycan ordusu irəliləyir və irəliləməkdə davam edir. Artıq, Ermənistan ordusu faşist siyasətini yürüdür və mülki əhalini atəşə tutur. Hazırda da terror aktlarını davam etdirirlər. Gəncədə mülki əhalini raket atəşinə tutmaları da buna bariz nümunədir. Təbii ki, beynəlxalq aləm hər zamanki kimi ikili standartlarla oynayır. Azərbaycan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı danışıq masasına oturmağa çağırıb və  münaqişənin sülh yoluyla həllinə çalışır. Göründüyü kimi Ermənistan bütün bunlara məhəl qoymur. Hər yerdə antitürk siyasəti yürüdülür. Türkiyənin danışıqlara cəlb olunmasını nə Ermənistan, nə də havadarları istəmir. İkili standartlarla oynayaraq, susmağa davam edirlər. Azərbaycan Ermənistanın hansısa yaşayış məntəqəsinə zərbələr endirsəydi və dinc əhali həlak olsaydı, bu daha böyük əks-səda verərdi. Hətta, hər yerdən reaksiya da verilərdi. Lakin, Azərbaycanın haqq səsini bu gün heç kim eşitmir və yaxud da eşitmək istəmir. Düşünürəm ki, burda bizim də problemlərimiz çoxdur. Lobbiçilik fəaliyyəyətimiz çox zəifdir. Erməni diasporasının qarşısında çox zəif işləyirik. Bu da bizim böyük nöqsanımızdır. Digər tərəfdən, ermənilərin tanınmış xarici televiziyalara çıxış dairələri genişdir. Biz bu məsələləri lazımi qaydada qabarda bilmirik. Ən əsası da diaspora faəliyyətimiz bu istiqamətdə çox zəifdir. Rusiyanın əsas problemi Türkiyənin danışıqlara buraxmaq istəməməsidir. Məqsədi odur ki, Türkiyənin Cənubi Qafqazda rolu azalsın. Bundan əlavə MİNSK Qurupu ölkələrinin həmsədrlərindən Gəncə dağıntılarına gəlib yerindəcə baxan olmadı.  Düşünürəm ki, Azərbaycan bu məsələləri dünya ictimaiyyətinə çatdırmaqda davam etməlidir. Onu da qeyd edim ki, hazırda bir çox qurumlarımızın yerinə tək pezident işləyir. Bu da fiziki olaraq mümkün ola bilməz.Buna görə də səfirliklərimizin, xarici diplomatlarımızın bu istiqamətdə fəaliyyətləri daha geniş olmalıdır”.

YƏHYA