Türkiyənin Aralıq dənizindəki ərazisinə soxulan Fransa döyüş gəmisi şok yaşadı: “Bütün sistemimiz klidləndi, üzərimizdə yad cismlər uçur, yardım edin…”

228

Şərqi Aralıq dənizində haqq və mənfəətlərini qorumaq istəyən Türkiyənin qarşısına Fransa və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Yunanıstan çıxarılıb. 

Bir müddət öncə yunan gəmisi Şərqi Aralıq dənizində Türkiyənin “Oruc Rəis” gəmisinə hücum etmiş, “Kamal Rəis” adlı türk döyüş gəmisi Yunanıstan gəmisini ərazidən qovmuşdu. Eyni gün bölgəyə soxulmağa çalışan Fransa gəmisinin də qaçdığı üzə çıxıb.

Fransa və BƏƏ mediasında yer alan xəbərlərdə, Türkiyənin elan etdiyi Navtex bölgəsinə girən bir Fransa döyüş gəmisinin radsiya danışıqlarına yer verilib. Bölgəyə girən fransız gəmisinin kapitanı Yunanıstan rəsmiləri ilə radsiya danışığında deyir: “Gəmilərimizin bütün digital sistemi kilidləndi. Naviqasiyamız işləmir. Silah sistemlərimiz “off” vəziyyətinə düşdü.”

Yunan hökumətindən yardım istəyən Fransa gəmisi ikinci danışığında bunları deyir. “Üzərimizdə tanımadığımız yüzlərlə cism uçur. Bunların nə olduğunu anlamırıq. Bütün sistemimiz kilidləndi. Gəminin bütün dijital sistemi kontrolumuzdan çıxdı. Bizə yardım göndərin.” \\Avropa.info