Türkiyənin Aralıq dənizi bölgəsində quracağı yeni baza yunan dünyasında zəlzələ effekti verib

84

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizində yeni baza quracağı xəbəri yunan mətbuatında zəlzələ effekti yaradıb. Yunan mətbuatı “təxribat” başlıqları ilə çıxış edir, Türkiyənin hərbi təyyarələri ilə yanaşı vertolyotlarının da hərəkətdə olduğunu bildirir.

Lefkoşada səfərdə olan Yunanıstan Xarici İşlər naziri Nikos Dendias orada cənubi kiprli həmkarı Nikos Christodoulides və Prezident Nikos Anastasiades ile görüşüb. Görüşdən sonra kameraların qarşısında açıqlama verən Dendias Türkiyəni təxtibat törətməkdə ittiham edərək deyib: “Bu addım Avropa İttifaqının, ABŞ-ın qəti mövqelərinə, Avropa dəyərlərinə, beynəlxalq hüquqa hörmətsizlikdir və söhbət qəbuledilməz hərbiləşdirmədən gedir”.