Türkiyənin “əlini itələdi”, döyüş təlimi başladı…

78

 

Yunanıstan Türkiyənin yaxşı niyyətinə əsassız şəkildə cavab verdi.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ “Oruc Rəis” gəmisi ilə bağlı NAVTEX elanını dəyərləndirərkən deyib.

“Yunanıstanın mövqeyi qəbuledilməzdir. Şübhəsiz ki, Türkiyə buna ən düzgün şəkildə cavab verdi. Yunanlar Türkiyənin reaksiyasına çıxış yolu tapmaq üçün Avropanın paytaxtlarında “gəzməyə” başladı. Cənab Ərdoğan Merkelin ricası ilə Şərqi Aralıq dənizində tədqiqatları dayandırdı. Ancaq Yunanıstan bu mövzuda heç bir səy göstərmədi. Əksinə, Türkiyənin əlini itələyərək, Misirlə müqavilə imzaladı. Türkiyə də “Oruc Rəis” gəmisi üçün yenidən NAVTEX elan etməkdə haqlıdır”, – ekspert bildirib.

C.Başbuğ qeyd edib ki, bundan sonra Türkiyə bölgədə tədqiqat işlərini davam etdirəcək:

“Ancaq burada kritik bir məsələ var: döyüş atışlı təlimlərin başlaması. Türkiyə bir müddət əvvəl döyüş atışlı təlimlərlə bağlı NAVTEX vasitəsilə elan edib. Əslində burada o dövlətlərə və onları dəstəkləyənlər mesajımız budur: Hər addımınıza qətiyyətli mövqe sərgiləyirik”.