Türkiyəli nazir: “Cənub-şərqdə neft var, amma…”

90

Hurriyyet.org xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ölkəsinin Liviyada neft və təbii qaz kəşfiyyatında əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyini bildirib. Dönmez jurnalistlərə müsahibəsində son illərdə qaya içərisində sıxılmış qaz, yaxud da nefti çıxarmaq məqsədilə yeni texnologiyalardan faydalandıqlarını bildirərək deyib: “Ölkəmizin cənub-şərqində neft var, lakin ağır və sıxılmış neftdir. Diyarbakırda, Adıyamanda, Batmanda… Körfəz ölkələri ilə müqayisədə daha baha başa gəlir”.

Nazir Türkiyənin Diyarbakırda sınaqdan çıxarılan yeni tipli neft quyularında istehsalı 5-10 qat artıra biləcəyini, Trakyadakı qaz yataqlarında da bu üsulu sınaqdan keçirməyə başladıqlarını bildirib.

Dönmez 2019-cu ildə Türkiyədə 38 ton qızıl istehsal edildiyini, bu il isə hədəfin 45 ton qızıl olduğunu da söyləyib.

Hurriyyet.org