Türkiyədən Yunanıstanı dəstəkləyən İsrailə sərt etiraz

111

Hurriyyet.org xəbər verir ki, Aralıq dənizinin şərqində Türkiyə ilə Yunanıstan arasında artan gərginlik fonunda rəsmi Tel Əvivin Afinanı dəstəkləməsinə sərt etirazını bildirən TBMM-nin başçısı Mustafa Şentop deyib: “Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Respublikasında qarşı haqsız və yanlış mövqe tutan Yunanıstana kim dəstək olursa, bilsin ki, iki yanlış bir doğru etməz”.

Mustafa Şentop “Tvitter” hesabındakı paylaşmasında beynəlxalq sahədə hüququ tanımaması ilə məşhur olan iki dövlətdən birinin İsrail, digərinin isə İsrailin dəstəklədiyi Yunanıstan olduğunu söyləyib.

Şentop deyib: “Yalançının şahidi yanında olar… Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk respublikasında qarşı haqsız və yanlış mövqe tutan Yunanıstana kim dəstək olursa, bilsin ki, iki yanlış bir doğru etməz. Türkiyə Mavi Vətəndəki hüquqlarını qətiyyətlə qoruyacaqdır”.