TÜRKİYƏDƏN KRİTİK HƏMLƏ – Üç yeni baza qura bilər

105

Hurriyyet.org xəbər verir ki,  Türkiyənin Haftanin-Sinat sərhəd xəttində üç yeni hərbi baza quracağı gözlənilir.

PKK terror təşkilatı ilə mübarizədə son illərdə fərqli strategiyadan istifadə edən Türkiyə İraqın şimalında sərhəddənkənar əməliyyatlar keçirməklə kifayətlənmir, eyni zamanda terrorçulardan təmizlənən bölgələrdə hərbi varlığını davam etdirir.

Təhlükəsizlik mənbələri bu mübarizə çərçivəsində PKK-dan təmizlənəcək Haftanin-Sinat sərhəd xəttində 3 yeni hərbi baza qurula biləcəyini bildiriblər.

Hurriyyet.org