Türkiyədən Covid-19-a qarşı yeni vasitə! Bor havanı da təmizləyəcək

99

 

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin “Borla gələn gigiyena” devizi altında Türkiyə Kovid-19  epidemiyası ilə mübarizə çərçivəsində antibakterial əl dezenfeksiyaedicisi BOREL məhsulundan sonra səth və məkan dezinfeksiyasiedici BORTAM vasitəsini də istehsal eləməyə başlayıb.

Yeni məhsul aerozol formasında buraxılacaq, qapalı məkanlardakı bakteriya və virusları yox edərək havanı dezinfeksiya edəcək. BORTAM məhsulundan kütləvi nəqliyyat vasitələrində, ofislərdə, məktəblərdə və evlərdə rahat şəkildə istifadə eləmək mümkündür. İnsan sağlamlığı üçün təhlükə törətmədiyi, “antimikrob təsir gücünə görə, standartlardan çox üstün olduğu”, “viruslara qarşı təsirli” olduğu bildirilir.