Türkiyədən Fransaya sərt cavab: “Qoçuluq dövrü keçdi”

96

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Anadolu Agentliyi”nə müsahibəsində Fransanın açıqlamalarına, Yunanıstanla birgə Aralıq dənizində hərbi təlimlər keçməsinə cavab olaraq deyib: “Qoçuluq dövrü keçib, qoçuluq eləməklə bəzi addımları atmağa məcbur eləmək imkanınız yoxdur”.

“Təlimlərlə, bənzər cəhdlərlə Türkiyənin, Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətini əngəlləmək, dəyişdirmək kimi fikirlərə düşmək boş bir xəyaldır. Bizim qaydalarımız var, prinsiplərimiz var. Hüquq var, haqq var. Bu çərçivədə nə lazımdırsa, etmişik, etməyə davam edəcəyik. Bizim heç kimin torpağında, dənizində, haqqında, hüququnda gözümüz yoxdur. Bunu min dəfərlərlə təkrarladıq, söyləyirik. Öz sərhədlərimizdə qalmaq şərti ilə haqqımızı-hüququmuzu istəyirik. Digər tərəfdən isə, bir damla suyumuzu da vermərik, hüququmuzu yedirtmərik. Bunu anlayın. Tərəf müqabillərimiz bunu anlamaqda çətinlik çəkirlər. Heç bir şəkildə ağla sığmayan tələblərlə, şərhlərlə, danışıqlarla özləri hadisələri şişirdirlər. Biz son dərəcədə sülhsevər şəkildə seysmik araşdırma aparırıq. Hadisə bundan ibarətdir. Buna qarşı hərbi təlim keçilməsi, gəmilərin, təyyarələrin gətirilməsi nə deməkdir? (Fransanın açıqlamalarını nəzərdə tutaraq – red.) Qoçuluq dövrü keçib. Qoçuluqla bizi bəzi hərəkətləri etdirməyə məcbur eləmək şansınız yoxdur”.