Türkiyədən ABŞ-a sərt cavab: “Geri addım atmayacağıq”

420

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı S.Lavrov ilə birlikdə keçirdiyi mətbuat konfransında ölkəsinin sanksiyalara qarşı olduğunu bildirərək söyləyib: “Keçmişdə Aİ ölkələrinin Rusiyaya qarşı sanksiyaları oldu. Biz bu sanksiyalar qoşulmamaqla yanaşı, onların düzgün olmadığını da açıq şəkildə bildirdik. Eyni şəkildə İrana qarşı sanksiyaların da əleyhinəyik.

ABŞ-ın CATSAA sanksiyaları bizim suveren hüquqlarımıza hücumdur. Bizim Rusiya ilə münasibətlərimizi ittiham eləmək əvəzinə, bu əlaqənin sağlam şəkildə inkişaf eləməsinə diqqət yetirməlidilər. Sanksiyaların bizi geriyə addım atmağa məcbur etməyəcəyini hamı yaxşı bilir. Rusiya ilə S-400 müqaviləsi CATSAA-dan əvvəl imzalanıb. Sanksiyalar problemləri həll eləmir.

Hər məsələdə hamı ilə eyni fikirdə olmağa məcbur deyilik. Fikir ayrılığı olduğu yerdə dialoq yoluna üstünlük verməliyik. Bizim Rusiya ilə olan münasibətlərimiz Aİ və ya NATO ilə münasibətlərimizə alternativ deyil. Qərb ölkələrinin sanksiya və ya ittiham əvəzinə, əməkdaşlığa üstünlük verməli olduğunu bir daha vurğulamaq istəyirəm”.