Türkiyədə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb

30

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, təbii hadisə zamanı həlak olanların sayı 114 nəfərə çatıb.

“Zəlzələ zamanı 114 nəfər həlak olub, 1 035 nəfər xəsarət alıb”, – xəbərdə bildirilir.