Türkiyədə zəlzələ oldu

360

Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda yerli vaxtla saat 11.57-də Rixter cədvəli üzrə 4.1 bal gücündə zəlzələ baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.