Türkiyədə yenindən güclü zəlzələ oldu

78

Türkiyədə Bingölün Karlova qəsəbəsində yenidən güclü zəlzələ olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi xəbərə görə, 5,6 bal maqnitudalı zəlzələ yerli vaxtla saat  09:51-də baş verib.

Zəlzələnin episentri 7 km dərinliyində qeydə alınıb.

Qeyd edək ki, dünən yerli vaxtla saaat 17:24-də eyni ərazidə 5,7 bal gücündə zəlzələ olub, 1 nəfər ölüb, 18 nəfər yaralanıb. /apa/