Türkiyədə yeni il qadağaları AÇIQLANDI

309

Türkiyədə yeni il ərəfəsində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətə sərəncam göndərib.

Sərəncama əsasən bu ilin sonu, gələn ilin əvvəli tətbiq olunacaq 80 saatlıq küçəyə çıxmaq məhdudiyyəti həftə sonları tətbiq edilən qadağalarla eyni qüvvədə olacaq.

Belə ki, dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayaraq 4 yanvar 2021-ci il səhər saat 5-dək “evdə qalmaq” rejiminə uyğun küçəyə çıxmaq məhdudiyyətlə olacaq, bu müddətdə hər gün 10.00-17.00 saatlarınadək əhali yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcək.

Bu məhdudiyyət 1, 2, 3 yanvar 2021-ci ildə qüvvədə olacaq. \\Konkret