Türkiyədə turistlər üçün yeni cərimələr qüvvəyə minib

165
Türkiyə koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minib. “APA-Economics”in Türkiyənin Daxili İşlər Nazirliyinin “Koronavirusla Mübarizə Tədbirləri” adlı sənədinə istinadən verdiyi məlumata görə, yeni məhdudlaşdırıcı tədbirlər həm yerli sakinlərə, həm də turistlərə şamil olunur. Xüsusilə küçələrdə və ictimai nəqliyyat dayanacaqlarında siqaret çəkmək qadağan olunub. Məhdudiyyətlər Türkiyənin bütün vilayətlərində qüvvədə olacaq.

Ölkə hökuməti bildirir ki, bu, bir çox insanın siqaret çəkmə bəhanəsi ilə çıxardığı qoruyucu maskaların taxılmasına nəzarət edəcək. Mütəxəssislərin fikrincə, turistlər sərbəst şəkildə yalnız hotel ərazisində və ya hava limanında xüsusi ayrılmış otaqlarda siqaret çəkə biləcəklər. Bu qadağanı pozanlar 118 lirə (təxminən 15,3 dollar) məbləğində cərimələnəcək.