Türkiyədə tunel uçdu: dağıntılar altından 11 nəfər çıxarıldı

9

Türkiyədə Kop dağının altından keçən tunelin inşaat işləri aparılan hissəsində çökmə baş verib.

Dağıntılar altında qalan insanların xilas olunması üçün Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) biriqadaları əraziyə cəlb edilib.

Məlumata görə, dağıntılar altından 11 nəfər yaralı vəziyyətdə xilas edilib.

Çöküntüyə qazıntı ərazisindən çıxan qazın səbəb olduğu bildirilir. \\Unikal.org