Türkiyədə sərnişinlə dolu avtobus aşdı – VİDEO

39

Türkiyənin Ərzincan vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, avtobus Ərzincan-Sivas marşrutu ilə hərəkət edib.

Hadisə nəticəsində yaralanan 19 nəfər xəstəxanaya çatdırılıb. Xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar var.

/oxu.az/