Türkiyədə PKK-ya qarşı xüsusi əməliyyat keçirilib

15

 

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Adana bölgəsində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, antiterror əməliyyatı nəticəsində PKK-nın gənclər təşkilatının üzvü olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb. Dəstə üzvlərinin yaşadıqları ünvanlarda aparılan axtarış nəticəsində onların PKK üzvü olmalarını təsdiqləyən sübutlar, o cümlədən silah-sursat ələ keçirilib.

Saxlanılan şəxslərə qarşı xalqlar arasında düşmənçilik, kin və nifrət yaratmaq, PKK/YPG terror təşkilatlarını təbliğ etmək, bu təşkilatlar və onlara başçılıq edən şəxslərin adlarını divarlarda yazmaq, marketdə soyğunçuluq etmək ittihamları irəli sürülüb.