Türkiyədə məşhur modelin döyüldüyü çimərlik bağlandı – vali isə başqa bölgəyə göndərildi

36

 

Məşhur ukraynalı model Darya KirilyukunTürkiyənin Çeşmə bölgəsindəki nüfuzlu çimərliklərin birində döyülməsi ilə bağlı qalmaqal böyüyür.

Hadisə ilə bağlı “The Beach Momo” çimərliyi iki həftəlik bağlanıb, Çeşmənin valisi Hacı Mehmet Kara isə vəzifəsindən azad olunub. O, İzmirə vali köməkçisi kimi göndərilib. Onun yerinə isə İzmirin valisi təyin olunub.

Beləliklə, məşhur modelin iyulun 31-də sevgilisi Baran Güneş və 3 rəfiqəsi ilə birlikdə adı çəkilən çimərlikdə vəhşicəsinə döyülməsi ilə bağlı qalmaqal getdikcə böyüməyə başlayıb.

Ukraynalı model çimərliyin mühafizəçiləri tərəfindən döyüldüyünü iddia etsə də, qarşı tərəf bu iddianı rədd edib və bildirib ki, Darya Kirilyuk sevgilisi tərəfindən döyülüb. Bu barədə çimərliyin rəhbərliyi tərəfindən videogörüntülər də təqdim olunub. Polis Daryanın sevgilisi tərəfindən döyüldüyünü təsdiqləyib. Lakin Darya, sevgilisi Baran Güneş və BƏƏ vətəndaşı olan Mansur adlı dostları yenidən ifadə verərək, mühafizəçilər tərəfindən döyüldüklərini bildiriblər.

Baran Güneş bildirib ki, məkanda istirahət etdikləri vaxt qırmızı rəngli avtomobil yanlarından keçib. Bu zaman avtomobildəkilər Mansura “pis ərəb” deyə söz atıblar. Nəticədə araya dava düşüb. Mühafizəçilər hadisəyə müdaxilə etməyə çalışıblar. Lakin gözlənilmədən mühafizəçilər yaxınlıqda olan modelin üzünə yumruqla zərbələr vurmağa başlayıblar. Kömək etmək istəyən Mansur və sevgilisi Baran da mühafizəçilərin zorakılığı ilə üz-üzə qalıb. Bu azmış kimi Daryanı qırmızı avtomobilə salıb, orada da döyüblər. Evə gedən Darya üzündəki xəsarətləri görüb stressə girib və “model karyeram təhlükəyə düşdü” deyərək qışqırmağa başlayıb. Bu zaman sevgilisi Güneş Baran onu sakitləşdirməyə çalışıb.

“Sevgilim məni döymürdü, məni sakitləşdirməyə çalışırdı” deyə Darya “sevgilisi döyüb” ittihamına cavab verib. Darya həmçinin bildirib ki, onu döyən şəxs 50-60 yaşlarında, əsmər saçlı mühafizəçi olub.

Maraqlıdır ki, hadisənin baş verdiyini əks etdirən videogörüntülər yoxa çıxıb. Bütün bunlara baxmayaraq, polis digər kameralardakı görüntüləri araşdırmağa, qırmızı rəngli avtomobili axtarmağa başlayıb.

Məlumata görə, Ukrayna hadisə ilə bağlı Türkiyədən tez bir zamanda araşdırmalar aparılmasını tələb edib./musavat.com/