Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

36

Bu gün Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4489-a çatıb.

Sutka ərzində COVID-19-a daha 1141 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 162120 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1594 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 125963-ə çatıb. //Report.az