Türkiyədə karantin tədbirləri YUMŞALDILIR

60

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan yeni tipli koronavirus epidemiyası ilə bağlı qəbul edilmiş məhdudiyyətlərin getdikcə azaldılacağını bildirib. Ərdoğan deyib: “11 may tarixindən etibarən bərbərxanalar, ticarət mərkəzləri və gözəllik salonları işləməyə başlayacaq. Bazar günü, yəni 10 may tarixindən etibarən yaşı 65-i keçmiş insanlar saat 11.00-dan 15.00-a qədər küçəyə çıxa bilərlər. 14 yaşına qədər uşaqlar 13 maydan etibarən 11.00 -15.00 radələrində küçəyə çıxa bilərlər. 15-20 yaş arası olan şəxslər isə 15 may tarixindən etibarən həmin saatlarda küçədə ola bilərlər”.

Dünəndən etibarən Türkiyənin bir sıra əyalətlərinə – Antalya, Aydın, Malatya, Mərsin, Muğla, Hatay və Ərzuruma giriş-çıxış qadağası ləğv edilib.

Hurriyyet.org