Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 59 hərbçi saxlanılıb

102

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin 30 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatının rəhbərləri ilə telefon əlaqəsi saxlamaqda şübhəli bilinən 76 üzvündən 59-u saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.