TÜRKİYƏDƏ AZƏRBAYCANIN ADINI DAŞIYAN KÜÇƏ… – Qardaş ölkədə “Qarabağ məhəlləsi”nin açılışı da oldu / FOTOLAR

474

Türkiyənin Van bölgəsinin Çaldıran rayonunun mərkəzi küçəsi Azərbaycanın adını daşıyacaq.

Hurriyyet.org xəbər verir ki, bu haqda təşəbbüs Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü İsmayıl Ağayev tərəfindən irəli sürülüb və yerli qurumlar tərəfindən müsbət qəbul edilib.

Əldə etdiyimiz məlumata əsasən, Beynəlxalq Diaspor Mərkəzi və yerli orqanların rəhbərlərinin iştirakı ilə Çaldıranda “Qarabağ məhəlləsi”nin açılışı da olub.

Məlumat üçün bildirək ki, erməni diasporu Çaldıranın mərkəzi küçəsinin adını “Ararat” qoymaq üçün illərdir mübarizə aparıb. Lakin BDM tərəfindən irəli sürülən bu təklif Bələdiyyə Məclisi tərəfindən qəbul edilib və həmin qərarı hakim AKP də dəstəkləyib.

 

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı oxucularımıza daha ətraflı məlumat verməyə çalışacağıq.