Türkiyədə ağır qəza: 6 ÖLÜ 2 YARALI

57

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda ağır yol qəzası baş verib.

Hurriyyet.org xəbər verir ki, Midyat-Darkeçid avtomobil yolunun 12-ci kilometrliyində, Bardaqçı məhəlləsində yük avtomobili traktor və minik maşını ilə toqquşub.

Avtoqəza nəticəsində 6 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Əldə edilən məlumata görə, 65 K 3858 nömrəli yük maşını, Dargeçit istiqamətindən Midyat istiqamətinə gedərkən 34 BOH 39 nömrəli avtomobil və 27 BDV 29 nömrəli traktorla toqquşub.

Qəzada avtomobil ikiyə bölünüb. Ətrafdakıların 112 təcili yardıma xəbər verməsindən sonra, tibbi yardım, polis və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Təcili yardım ilk olaraq, hadisə yerində 5 nəfərin öldüyünü bildirib. Yaralanan 3 nəfər təcili yardımla Midyat Dövlət Xəstəxanasına aparılıb. Lakin yaralılardan biri ilkin müdaxilələrə baxmayaraq vəfat edib.

Polis əməkdaşları tıxacın qarşısını almaq üçün, maşınların tək zolaqla irəliləməsini demin edib.

Hadisə əlaqədar istintaq başladılıb.