Türkiyədə 2500 illik tarixi olan Afrodita məbədi aşkar olunub –FOTO

252

Türkiyənin qərbindəki Urla-Çeşmə yarımadasında arxeoloqlar 2500 illik tarixi olan Afrodita məbədinin qalıqlarını aşkarlayıblar.

“Daily Sabah” portalının verdiyi xəbərə görə, İzmirin Urla, Çeşmə və Seferihisar bölgələrinin bəzi hissələrini əhatə edən ərazilər araşdırıldıqdan sonra 35 qədim yaşayış məskənləri aşkar olunub, onlardan 16-sı Neolit ​​dövründən sonrakı dövrə aiddir. Bunların arasında Afrodita məbədinin eramızdan əvvəl VI əsrdən qalma xarabalıqları da var.

Qazıntılara rəhbərlik edən Memar Sinan adına İncəsənət Universitetinin arxeoloqu Elif Koparalın dediyinə görə, qədim yunan sevgi, gözəllik və ehtiras tanrısı o dövrdə ən çox ehtiram edilənlərdən biri idi.

“Bu, həyəcanverici və çox təsirli bir tapıntıdır”, – Koparal belə deyib. (apa)