Türkiyə xüsusi təyinatlıları Suriyada daha bir neçə terrorçunu məhv etdi

288

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında “Barış pınarı” əməliyyatı bölgəsində terrorçulara ağır zərbələr endirib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə xüsusi təyinatlıları terrorçuların “Barış pınarı” əməliyyat zonasına daxil olma cəhdlərinin qarşısını almağa davam edir. Əməliyyat zonasına girməyə çalışmış PKK/YPG-nin daha 3 yaraqlısı zərərsizləşdirilib”, – deyə nazirlikdən bildirilib.