Türkiyə XİN: “Azərbaycan Ermənistana son dəfə geri çəkilmək fürsəti verdi”

93

“Atəşkəs məsələnin daimi həlli deyil”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan ilə Ermənistana arasındakı atəşkəsin mühüm bir addım olmaqla yanaşı, daimi həll olmadığını da bildirib. Açıqlamada Azərbaycanın Ermənistana geri çəkilməsi üçün son fürsət verdiyi də vurğulanıb. Azərbaycanla Ermənistan arasında atəşkəsin bu gün yerli saatla 12.00-da qüvvəyə mindiyi bildirilən açıqlamada deyilir: “27 sentyabr 2020-ci il tarixində başlanan silahlı döyüşlərdə Azərbaycan 30 ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarını öz imkanları və özünə inamı ilə geri ala biləcəyini bütün dünyaya göstərmişdir”.

Açıqlamada deyilir: “Humanitar səbəblərdən əsirlərin və cənazələrin dəyişdirilməsi məqsədi ilə elan edildiyi bildirilən atəşkəs mühüm bir ilk addım olmaqla birlikdə daimi həll olmayacaqdır”.