Türkiyə və Azərbaycan XİN başçıları arasında telefon danışığı olub

174

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefon danışığı baş tutub.

XİN-dən “Report”a verilən məlumata görə, telefon danışığı zamanı Ceyhun Bayramov Moskva şəhərində Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə türkiyəli həmkarını məlumatlandırıb.

Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.

Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.

Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün  BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

11:39

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, Azərbaycan XİN başçısı M.Çavuşoğlunu Rusiyanın paytaxtı Moskvadakı görüş barədə məlumatlandırıb.

Mövlud Çavuşoğlu Ceyhun Bayramova Türkiyənin ancaq Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcəyini bildirib.