Türkiyə təyyarə gəmisi istehsal edəcək! Ərdoğanın çağırışı yerdə qalmadı

60

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Yeni Dəniz Sistemlərinin Təqdimatı mərasimində iştirak edən və yerli istehsalçılara təyyarə gəmizi hazırlamaq çağırışı edən Prezident R.T.Ərdoğanın çağırışına sektorun güclü şirkətlərindən olan Kaptanoğlu-Desan Tərsanəsi İdarə Şurasının başçısı  Cenk İsmail Kaptanoğlundan cavab gəlib.

Kaptanoğlu deyib: “Təyyarə gəmisi layihəsi Kaptanoğlu-Desan olaraq bizdə və fəaliyyət göstərdiyimiz sektorda böyük bir həyəcan yaratdı. Türkiyə tərsanəçiləri mülki və hərbi baxımdan bu istehsalı həyata keçirə biləcək gücdədirlər. Müvafiq əməkdaşlıq modeli ilə bu layihəni həyata keçirə bilər və ölkəmizə qürur gətirəcək bir əsər qazandıra bilərik”.