Türkiyə Rusiya ilə atəşkəsə texniki nəzarətdə iştirak edəcək – Polad Bülbüloğlu

228

Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu bildirib: “Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir”.

Onun sözlərinə görə, Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur. \\Trend