Türkiyə rəsmilərinin dünyaya verdiyi mesaj – qoşa bayraq nişanı

102

Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sabiq baş naziri Binəli Yıldırım və digər rəsmilər Bakıya gələrək, bir daha Azərbaycana dəstək nümayiş etdirdilər. Türkiyəli rəsmilərin bu dəfə pencəklərinin yaxasında qoşa bayraq, Azərbaycan və Türkiyə bayraqlarını əks etdirən nişan var idi. Təbii ki, bu, həm Azərbaycan, həm də Türkiyə cəmiyyətinə, eləcə də dünyaya bir mesajdır. 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Fazil Mustafa qeyd etdi ki, bu məsələ Azərbaycan-Türkiyə həmrəyliyinin bir göstəricisidir: “Azərbaycanda da xeyli sayda insanın pencəklərinin yaxasında Azərbaycan-Türkiyə bayraqları əks olunan nişanlar var. Bu bir sevginin, həmrəyliyin göstəricisidir. Yaxşı bir əlamətdır və onsuz da bu nişanla və ya nişansız Azərbaycan-Türkiyə bayraqları bir yerdə hərəkət edir. Məmləkətin gələcəyini də birlikdə bir istiqamətdə, bir hədəfə doğru yürüməklə müəyyənləşdirməliyik. Ona görə də yaxşı mesajdır.

Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”

Fazil Mustafa: “Bu, Azərbaycan-Türkiyə həmrəyliyinin bir göstəricisidir”

Hər halda, Türkiyə rəsmilərinin bu addımı Azərbaycan və Türkiyə cəmiyyətinin duyarlılığına hesablanmış addımdır. Çünki Azərbaycanda da hər binada, obyekt və məkanlarda bu bayraqlar qoşa asılır. Eyni zamanda Türkiyənin özündə də bu cürdür. Şahidi oluruq ki, hətta Pakistanın da bayrağı bu bayraqlara qoşulur. Bunların hamısı müsbət təzahürlərdir və cəmiyyətə yaxşı mesaj verir, müsbət aura yaradır”.

ADP sədri Sərdar Cəlaloğlu isə mövzuya bu cür mövqe bildirdi: “Xatırlayırsınızsa, bir müddət bundan əvvəl Türk Konfederasiyasının zəruri və günün tələbi, vacib bir iş olduğunu qeyd etmişdim. Ardıcıl olaraq bu istiqamətdə bir çox təlimlər apardım, xeyli sayda insan bu konfederasiyanın tərəfdarı oldu, cəmiyyətdə də bunun əks-sədası oldu. Hətta bu barədə Türkiyə prezidentinə, CHP-yə və digər partiya liderlərinə məktub göndərdim, eləcə də Azərbaycan prezidenti İlham Əliyevə də müraciət etdim. İndi faktiki olaraq Türk Konfederasiyası yaranıb. Demək olar ki, eyni xarici siyasət yürüdürük, eləcə də ordu, hərbi fəaliyyətimiz yaydakı təlimlərin fonunda əlaqələndirilib və sairə.

Serdar Celaloglu Nemet Penahli HAQQİNDA: "Bu adam xalq herekati ucun  faydasizdir" - Azadliq Xeber

Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyə faktiki olaraq konfederativ əlaqədədir”

Artıq bu gün Türkiyə rəsmilərinin pencəklərinin yaxasında Azərbaycan və Türkiyə bayraqlarının birgə nişanları taxılır ki, bu da həmin konfederativ əlaqələrin simvollaşdığını göstərir. Bununla da bütün dünyaya nümayiş etdirilir ki, həqiqətən də Azərbaycan və Türkiyə faktiki olaraq konfederativ əlaqədədir, yəni iki dövlət, bir birlikdir və yaxud iki dövlət, bir siyasətdir. Bu baxımdan mən çox şadam. Həm millətlərimizin qarşısında duran vəzifələri yerinə yetirmək baxımından, həm yerləşdiyimiz coğrafiyada müəyyən söz sahibi olmaq baxımından Türkiyə və Azərbaycanın eyni siyasət aparması, iki dövlət, bir birlik modeli ilə gələcəyə doğru getməsi olduqca vacibdir və proseslər də bu istiqamətdə inkişaf edir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”