Türkiyə qüvvələri İraqın şimalında 2 terrorçunu zərərsizləşdirdi

54

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Avaşin bölgəsində, Türkiyə hərbçilərinin mövqelərinə hücuma hazırlaşan PKK terrorçularının obyektlərinə zərbə endirib. Nəticədə 2 nəfər PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə açıqlamanı Türkiyənin Milli Müdafiə Nazirliyi verib.

Türk hərbçilərin mövqelərinə hücuma hazırlaşan PKK terrorçularının koordinantları kəşfiyyat tərəfindən müəyyənləşdirilərək Hava Qüvvələrinə təqdim edilib. Milli Müdafiə Nazirliyi son terrorçu məhv edilənə qədər İraq ərazisində əməliyyatların davam etdiriləcəyini bildirib.

Prezident R.T.Ərdoğan bu yaxınlarda etdiyi çıxış zamanı bildirmişdi ki, PKK-nın Türkiyədə ilk qanlı cinayətlərinin başlandığı 1984-cü ildən 2020-ci ilin mart ayına qədər terror təşkilatı Türkiyənin 7500 nəfər təhlükəsizlik əməkdaşını və 6800 nəfər dinc sakinini həlak edib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

PKK terrorçuları Suriyada PYD və YPG adı altında fəaliyyət göstərirlər, son iki ildə isə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırmağa başlayıblar. İranda isə PKK PJAK adı altında fəaliyyət göstərir.