“Türkiyə” qəzeti: “Torpağın altında 405 milyard dollarlıq qızıl var”

1776

Hurriyyet.org xəbər verir ki, Osman Çobanoğlunun “Torpağın altında 405 milyard dollarlıq qızıl var” adlı məqaləsi “Türkiyə” qəzetində çap edilib. Məqalədə deyilir:

Türkiyə milli energetika və mədən sənayesi siyasətinin bəhrəsini görməyə başlayıb. Aralıq dənizi və Qara dənizdəki axtarışların ilk mühüm müjdəsi Qara dənizdə aşkar edilmiş nəhəng neft ehtiyatı oldu.

Aralıq dənizindən də xoş xəbərlər gözlənilir. Qara dənizdə yatağın tapılmasından sonra verilən açıqlamalarda qızıl başda olmaqla qiymətli mədənlərin açkar edilməsi üçün yerin altının qarış-qarış axtarılacağı bildirilir. Budur, ilk müjdə Qübretaş ərazisindən gəldi və 6,6 milyard dollar dəyərində 100 ton qızıl ehtiyatı tapıldı. Bu hissə torpağın altında yatan nəhəng ehtiyatın kiçik bir qismi kimi qiymətləndilib. Tədqiqatlar göstərir ki, Türkiyə ərazisindəki qızıl yataqları 6,5 min ton həcmindədir. Hazırda isə bu ehtiyatın 1,5 min tonunu hasil eləmək mümkündür. Hasil eləməsi mümkün olan  ehtiyatların  405 milyard dollar məbləğində olduğu bildirilir.

Son məlumatlara görə, Türkiyədə qızıl hasilatı ilə məşğul olan 18 şirkət fəaliyyət göstərir. Dörd layihə investisiya mərhələsindədir, səkkiz layihə qiymətləndirmə mərhələsindədir. 2001-ci ilə qədər Türkiyədə qızıl hasil edilmirdi. İlk dəfə qızıl hasilatına İzmirin Berqama rayonunda Ovacık qızıl mədənində başlanıb. Əvvəlcə ildə 1,4 ton qızıl istehsal edilirdi, 2019-cu ilin axırında isə istehsal artaraq ildə 38 min tona çatdı. 19 il ərzində 340 ton qızıl hasil olundu. Türkiyədə qızıl istehsalı tələbatdan az olduğu üçün, ötən 25 il ərzində dörd min tona yaxın, yəni ildə 160 ton qızıl idxal edilib.

Bu gün Türkiyədə 15 orta, 18 kiçik və 2 ədəd dünya miqyaslı yataq vardır. Onlardan biri Ərzincanda, digəri Uşakda yerləşir.

Türkiyə bir müddət bundan əvvəl Sudanda qızıl kəşfiyyatı üçün icazə alıb və Özbəkistanda da kəşfiyyat aparmaq hüququna malikdir.