Türkiyə Prezidenti yunan qəzetini məhkəməyə verdi

69
Turkish President Recep Tayyip Erdogan at the Presidential palace in Ankara, Turkey, on July 9, 2018. MUST CREDIT: Bloomberg photo by Arif Akdogan.

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 18 sentyabr tarixində onun ünvanına təhqiramiz sözlər yazan “Dimokratiya” qəzetinin rəhbərliyindən şikayət ərizəsi ilə prokurorluğa müraciət edib.

Türkiyə liderinin vəkillərindən biri olan Hüseyn Aydın deyib: “Yunan nəşrinin davranışı – KİV-in mənəvi deqradasiyasının göstəricisidir. Yunan ictimaiyyətinin qalmaqallı yazıya reaksiya verməməsi bu deqradasiyanın jurnalistika ilə məhdudlaşmadığını göstərir”.

Oun sözlərinə görə, qeyri-etik sözlərdən öz mövqeyini əsaslandırmaq üçün söz tapa bilməyənlər istifadə edirlər.