Türkiyə NATO-nun yüksək hazırlıqlı birgə operativ qruplaşmasına rəhbərlik edəcək

270
Türkiyə bu il NATO-nun çox yüksək hazırlıqlı birgə operativ qruplaşmasının (Very High Readiness Joint Task Force – VJTF) komandanlığına rəhbərlik edəcək.

 

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat yayılıb.

Qruplaşmanın nüvəsini Türkiyə Quru Qüvvələrinin 66-cı mexanikləşdirilmiş piyada diviziyasının 4200 əsgəri təşkil edəcək. Üzv dövlətlərdən olan daha 2200 hərbi qulluqçu da qruplaşmaya daxil ediləcək.

Bildirilir ki, 6400 nəfərdən ibarət qüvvəyə 1 il müddətində türk zabiti komandanlıq edəcək.

Qruplaşma 2014-cü ildə Uelsdə (Nyuport) keçirilən NATO zirvə toplantısının qərarı ilə yaradılıb. Bu qruplaşma 48, ən uzağı 72 saat ərzində döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətə gətirilərək hücuma və ya hücum təhdidinə məruz qalan üzv ölkənin müdafiəsinə göndərilir.

Qüvvələrə bundan əvvəl Polşa rəhbəlik edirdi.