Türkiyə mətbuatı “Neftçi”nin “ən təhkükəli silah”ını aşkarladı

63

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində “Qalatasaray”a rəqib olduqdan sonra qardaş ölkə mətbuatının “ağ-qaralar”a diqqəti artıb. Sport7.az xəbər verir ki, türkiyəli idman yazarları “Neftçi”nin heyətini incələyir, Azərbaycan komandasının şanslarını dəyərləndirir.

Yekdil rəy belədi ki, “Neftçi”nin böyük tarixi və yetərincə avrokubok təcrübəsi var. “Qalatasaray” isə hazırda “yaralı aslan”dı. Fatih Terimin komandası hazırdı formada deyil, heyət tam komplektləşdirilməyib. Eyni zamanda “Qalatasaray” bir qayda olaraq, özündən zəif gördüyü rəqiblərlə oyunlarda əziyyət çəkir, avrokuboklarda tez-tez sürpriz nəticələr qeydə alınır. Bu mənada “Neftçi”nin doğma meydanda sürprizə imza atması mümkündü.

Türkiyə mətbuatında çalışan həmkarlarımız “Neftçi”nin ən bahalı futbolçusu kimi kapıtan Emin Mahmudovu göstərirlər. Eyni zamanda “ağ-qaralar”ın heyətində ən təhlükəli futbolçu olaraq fransız hücumçu Stiven Josef-Monrozun adı çəkilir.