Türkiyə mətbuatı: Ermənistanda çörək qıtlığı gözlənilir

207

“Çörək bahalaşarsa, hər şey bahalaşacaq”

Hurriyyet.org xəbər verir ki,  Türkiyədə nəşr edilən “Yeni Şafak” qəzetinin yazdığına görə, taxıl ehtiyatının 75%-dən çoxunu artıq erməni işğalından azad edilmiş Qarabağ torpaqlarından təmin edən Ermənistanın keçmiş kənd təsərrüfatı naziri olmuş Artur Xaçatryan deyib: “Müharibədən sonra çörək qıtlığı, böyük yoxsulluq və hətta qıtlıq yaxında qaçılmaz ola bilər”.

Xaçatryan Ermənistanın çox yaxında ciddi qida təhlükəsizliyi problemləri ilə qarşı-qarşıya qalacağını bildirib, bu vəziyyətin ilk növbədə çörək qıtlığı və qiymətlərində özünü göstərəcəyini diqqətə çatdırıb.

Xaçatryan Ermənistanda ildə təqribən 200 min ton taxıl istehsal edildiyini, bunun 150 min tonunun artıq işğaldan azad edilən Qarabağ bölgəsindən təmin edildiyini söyləyib. O, həm də Ermənistanın ildə 250 min ton taxıl idxal etdiyini diqqətə çatdıraraq bildirib: “Xaricdən idxal ilə boşluğu doldurmalıyıq. Dolların bahalaşdığını nəzərə alsaq, çörək çatışmazlığı və bahalaşması ilə bağlı problemimiz olacaq. Ermənistanda müharibədən sonrakı yaxın dövr ərzində çörək qıtlığı, böyük yoxsulluq və hətta qıtlıq yaxınlarda qaçınılmaz hala gələ bilər. Çörək bahalaşarsa, hər şey bahalaşacaq. Təəsüf ki, qida təhlükəsizliyi strategiyamız yoxdur”.