Türkiyə mətbuatı: “Erməni ordusu tərk elədiyi əraziləri minalayır”

153

Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatı Ermənistan ordusunun 28 il ərzində işğal altında saxladığı Qarabağı tərk edərkən əraziləri minaladığını yazıb.

“Yeni Şafak” nəşrinin yazdığına görə, işğalçı Ermənistan ordusunun tərk elədiyi bölgələrdə mina və partlamamış qurğuların təmizləmə prosesi davam edir.

Erməni ordusunun xüsusilə də qəbirstanlıqları minaladığı aşkar edilib, yaşayış məntəqələrinə də mina yerləşdirə biləcəkləri barəsində xəbərdarlıq edilib.

Azərbaycan ordusunda 5 min nəfərdən artıq hərbçiyə minatəmizləmə işi ilə bağlı təlim keçirilir.