Türkiyə lirəsi sürətlə ucuzlaşır SƏBƏB

75

Türkiyədə milli valyuta olan lirənin dollar qarşısında dəyərsizləşməsi prosesi sürətlənib.

Musavat.com xəbər verir ki, dünəndən başlanan artım prosesi bu gün 1 dolların 7.44 lirəyə qədər yüksəlməsi ilə nəticələnib.

Türkiyə mütəxəssisləri lirə/dollar məzənnəsinə iki amilin təsir göstərdiyi qəanətindədirlər.

Bunlardan birinicisi Şərqi Aralıq dənizində yaşanan gərginlikdir: bölgədəki neft-qaz yataqları ilə bağlı Türkiyə ilə Avropa Birliyi, ABŞ arasında münasibətlər sürətlə pisləşir. Avropa Birliyi və ABŞ Türkiyəni sanksiyalarla təhdid etməkdədir.

Lirəni dəyərsizləşdirən digər amil dolların bütün dünyada məzənnəsinin artması hesab olunur. Belə ki, bu gün dolların 6 dünya valyutasından ibarət valyuta səbətinə qarşı indeksi 92,87-yə yüksəlib.

Dünya,
Musavat.com