Türkiyə ilə İsrail diplomatik münasibətlərini bərpa edə bilər

399

Hurriyyet.org xəbər verir ki,Türkiyə ilə İsrailin arasındakı diplomatik münasibətlərin mart ayında bərpa oluna biləcəyi gözlənilir.

Türkiyə Prezidentinin xarici məsələlər üzrə müşaviri Mesut Caşın bildirib: “İsrail bir addım atarsa, Türkiyə iki addım ata bilər. Əgər biz qarşıda yaşıl işıq görsək, Türkiyə yenidən səfirliyi açacaq və səfirini vəzifə başına qaytaracaq. Bəlkə də, diplomatik münasibətlərimizi mart ayında yenidən tam bərpa edə bilərik”.

Caşın sülh və təhlükəsizliyin İsrail və Türkiyə üçün çox mühüm olduğunu qeyd edərək deyib: “Mavi Mərmərə”dən sonra İsraillə münasibətlərimizdə yenidən belə halla qarşılaşmaq istəməzdik”.

2017-ci ildə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” türk gəmisi İsrail tərəfindən hücuma məruz qalmış, doqquz nəfər Türkiyə vətəndaşı həlak olmuşdu. O zamandan bəri Türkiyə-İsrail münasibətləri hələ də tam bərpa olmayıb.