Türkiyə İdlibdə 50 min evlik yeni şəhər qurdu

321

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Suriyanın İdlib vilayətində suriyalı qaçqınlar üçün inşa elədiyi 50 min evlik yeni layihənin yaxın zamanda tamamlanması gözlənilir. Suriyalılara ölkələrində yaşamaq imkanı yaradacaq layihə çərçivəsində məktəb, xəstəxana və ticarət mərkəzi tikilir.

Türkiyə dövləti 2021-ci ildə bir neçə belə şəhərin məskunlaşdırılmasını planlaşdırılır. Onlardan biri Türkiyə sərhədindən 5 km məsafədə yerləşən Məşhəd Ruhin rayonundadır. 50 min evlik şəhərin tikintisinin 80 faizi tamamlanıb. Buraya 300 min nəfər suriyalı qaçqının yerləşdirilməsi planlaşdırılır.